Azərbaycan oxatanları üçün Madrid sınağı
- 20:20
- 34
Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaqlar.
Rekord.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.
İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 7-12-si aralığında baş tutacaq.