“Sabah”ın ÇL oyunlarının vaxtı açıqlandı
- 21:40
- 32
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la TNS (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.
Rekord.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.