Norveç yığmasının hücumçusu Erlinq Holann DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Seneqalla matçda (3:2) dubl edərək komandasının mundiallar tarixindəki rekordçusuna çevrilib.


Rekord.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı forvard dünya çempionatlarında keçirdiyi 2 matçda 4 qol vurmaqla yığmanın tarixinə düşüb.


O, ümumilikdə Norveç seçməsinin heyətində meydana çıxdığı 52 qarşılaşmada 59 qol vuraraq komandanın ən məhsuldar oyunçusu statusunu qoruyur. Buna qədər Norveç təmsilçisinin dünya birinciliklərində ən yaxşı bombardiri DÇ-1994 və DÇ-1998-də qol vuran Kyetil Rekdal idi.


Qeyd edək ki, I qrupunda 6 xal toplayan Norveç ikinci pillədə qərarlaşıb və pley-offa vəsiqəni təmin edib. Xalı olmayan Seneqal isə üçüncüdür.


3-cü turda Norveç Fransa, Seneqal isə İraq ilə qarşılaşacaq. Hər iki oyun iyunun 26-da keçiriləcək.