İsmayıllıda maraqlı idman tədbiri
- 12:22
- 33
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə MMA və Qrapplinq Federasiyasının nəzdində fəaliyyət göstərən Tunc İdman Klubunun rəhbəri, ikiqat Avropa və dünya çempionu Tuncay Əliyevin rəhbərlik etdiyi MMA qrupu ilə “İdman hamı üçün” layihəsi çərçivəsində İsmayıllı şəhərində səhər idmanı keçirilib.
Rekord.az xəbər verir ki, tədbir zamanı iştirakçılarla fiziki hazırlıq, gimnastika hərəkətlər yerinə yetirilib, həmçinin müxtəlif texniki-taktiki fəndlər nümayiş etdirilərək məşq prosesi təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilindən ibarət olub.