İsmayıllı rayon Aşağıbaş stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci il dönümünə həsr olunmuş futbol üzrə İsmayıllı rayon turnirinin qrup mərhələlərinin növbəti oyunları keçirildi. 

Rekord.az xəbər verir ki, ilk oyunda "Veteranlar"  "Niyal"la üz-üzə gəlib.

Oyun "Veteranlar"ın 3:0-lıq qələbəsi ilə yekunlaşıb.