İsmayılıda uşu turniri
- 10 İyl 2026 06:00
- 137
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş uşu üzrə yeniyetmə və gənclər arasında klublararası turnir keçirildi.
Rekord.az xəbər verir ki, turnirin açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himninin təntənəli surətdə səsləndirilməsi ilə start verildi.
Daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən yarış təşkilatçıları və müəssisə və təşkilatların nümayəndələri yarışın təşkilinin əhəmiyyəti və rayonda idman növlərinin inkişafının vacibliyi barədə öz fikirlərini bildirdilər. Sonda yarışın qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildilər.