İslamiada: Azərbaycan millisi qrup birincisi oldu
- 19:30
- 33
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.
Rekord.az xəbər verir ki, yığmamız A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.
Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra millimiz qrupunu ilk sırada tamamlayıb.