Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani” də növbəti matçına çıxıb.


Sözügedən komanda səfərdə “Flamurtari” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.


İsgəndərli start heyətdə yer alıb və 90 dəqiqə oynayıb. O, 81-ci dəqiqədə sarı vərəqə də alıb.


“Partizani” hazırda 7 xalla 7-ci pillədə qərarlaşıb.