“İrəli xətdə hər kəsdən qol gözləyirik” - Siyasət Əsgərov
- 20:30
- 35
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə həlledici matça çıxacaq.
Rekord.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov komandanın hazırlıq prosesi və oyunöncəsi ab-hava ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".
Bu oyun iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.