“İnter” klubu futbolçusu Sebastyan Espozitonu icarəyə verib.

Rekord.az xəbər verir ki, 18 yaşlı hücumçu yeni mövsümdə SPAL-da çıxış edəcək.

Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Espozito 2020/21 mövsümünü icarə əsasında SPAL-da keçirəcək.