İngiltərə Premyer Liqasının rəhbərliyi dünən klubların nümayəndələri ilə görüşdü.

Rekord.az xəbər verir ki, toplantıda oyunlara azarkeşlərin buraxılması müzakirə olunub.

Məlumata görə, müzakirələrdən sonra İngiltərə hökumətinə oktyabrın 1-dən etibarən Premyer Liqa matçlarında azarkeşlərin stadionlara gəlişinin icazə verilməsi üçün müraciət edildi. Əvvəlcə tribunalardakı tamaşaçı sayının 1000 nəfərlə məhdudlaşdırılması təklif olunub.

Müraciətdə “Stadionlar ən təhlükəsiz ictimai yerlərdən biri olacaq. Klublar ümumi qəbul edilmiş təhlükəsizlik standartlarına riayət edəcəklər ” -deyə, bildirilib.

Koronavirus pandemiyası səbəbindən İngiltərədə futbol oyunları mart ayından bəri azarkeşsiz keçirilir.