Futbol üzrə dünya çempionatında 1/4 finala yüksəlib.


Rekord.az xəbər verir ki, İngiltərə Norveçə, Argentina İsveçrəyə qalib gəlib.


Mayami stadionunda keçirilən ilk matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar. Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.


İngilislərin heyətində Cud Bellingem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.


Kanzas stadionunda keçirilən digər matçda isə Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.


Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.


Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.