İngiltərə millisinin sabiq qapıçısı 40 yaşında karyerasını başa vurdu
- 23 Okt 2025 23:55
- 44
İngiltərə millisinin sabiq qapıçısı Skott Karson 40 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə "əlcək sahibi" sosial şəbəkə hesbaında yazıb.
O, son olaraq ölkəsinin "Mançester Siti" klubunda çıxış edib.
Təcrübəli qolkiper yığmada 4 oyun keçirib və 4 qol buraxıb. Karson İngiltərənin "Lids", "Liverpul", "Şeffild Uenzdey", "Çarlton", "Aston Villa", "Vest Bromviç", "Uiqan", "Derbi Kaunti" klublarında, eləcə də Türkiyənin "Bursaspor" komandasında çıxış edib.