İngiltərə klubu Qlasnerlə yollarını ayırdığını açıqladı
- 19:00
- 33
“Kristal Pelas" baş məşqçisi Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb.
Rekord.az xəbər verir ki, mütəxəssis İngiltərə klubunun rəsmi saytına açıqlamasında azarkeşlərlə vidalaşıb.
2024-cü ildən komandaya rəhbərlik edən 51 yaşlı avstriyalı mütəxəssisin dövründə "qartallar" 3 turnirin - İngiltərə kuboku, İngiltərə superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.
Qlasner daha əvvəl Almaniyanın "Ayntraxt" (Frankfut), "Volfsburq", Avstriyanın LASK, "Rid" və "Zalsburq" klublarına da rəhbərlik edib.