İngiltərənin "Kristal Pelas" klubu Argentina millisinin qapıçısı Valter Benitesi transfer edib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı iyulun 1-dən komandaya qoşulacaq.


32 yaşlı futbolçu Niderlandın PSV klubundan trnsfer olunub. Müqavilənin detalları barədə məlumat verilməyib.


PSV-nin heyətində 134 oyuna çıxan V.Benites bunların 43-də qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildən Argentina yığmasının formasını geyinir.