İngilis mütəxəssis İmişli stadionuna baxış keçirdi
- 12:00
- 51
Təbii qazonlar üzrə mütəxəssis Fil Şarpls İmişli stadionunda olub.
Rekord.az-a daxil olan məlumata görə, ingilis mütəxəssis qazona baxış keçirib.
"İmişli" rəhbərliyi Fili dəvət etməklə stadionun ehtimal olunan xərclərini öyrənib. Əldə etdiyimiz məlumata görə, stadionun sahibi olan MKT şirkəti ilə icarə məsələsi müsbət həll olunsa, 2026-cı ilin mart ayından ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması planlaşdırılır.