
“İnanıram ki, “Hayduk” səddini keçə biləcəyik” - Rəşad Sadıqov
- 18 İyn 2025 22:30
- 41
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, Xorvatiya təmsilçisi “Hayduk”un yaxşı komanda olduğunu bildirib:
“Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdı. İnşallah inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək.