Məlum olduğu kimi Quba stadionu Premyer Liqaya hazır olmadığı üçün PFL tərəfindən "İmişli" klubuna burada oynamaq icazəsi verilməyib.

Rekord.az xəbər verir ki, əsas problemlərdən biri də klubla stadion rəhbərliyi arasında müqavilə bağlanmamasıdır.

Bunun səbəbi isə stadion rəhbərliyinin oyun üçün yüksək məbləğdə haqq tələb etməsidir. Əldə etdiyimiz məlumata görə, "İmişli"dən bir ev oyunu üçün 3500 manat icarə haqqı tələb edilib. Bu isə klub tərəfindən qəbuledilməz məbləğ olduğu üçün müqavilə imzalanması baş tutmayıb