"İmişli" "Trabzomsopr"un qonağı olub - FOTOLAR
- 13:33
- 34
“İmişli” klubunun nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində “Trabzonspor” futbol klubunda 5 günlük təcrübə proqramında olublar.
Rekod.az xəbər verir ki, proqramda klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak ediblər.
“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və alt yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Təkkə və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.
Bununla yanaşı, “Trabzonspor” klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.