Saytımızda "İmişli"nin Şamaxı şəhər stadionunda pulsuz oynaması barədə məlumat getmişdi. Xəbərdə region təmsilçisinin Premyer Liqa matçlarını keçirdiyi arenada çıxış etmək üçün heç bir ödəniş, icarə haqqı ödəmədiyi qeyd olunmuşdu. 


"İmişli" FK-nın mətbuat xidməti məsələ barədə "Rekord.az"-a açıqlama verib. Həmin açıqlamada qeyd olunur: "Qeyd edirik ki, “İmişli” PFK ev oyunlarını Şamaxı stadionunda keçirmək üçün AFFA ilə hüquqi əsaslara söykənən rəsmi razılaşma imzalamış və bu razılaşma çərçivəsində nəzərdə tutulan bütün maliyyə öhdəliklərini AFFA qarşısında tam və vaxtında yerinə yetirir. Stadion AFFA-nın balansında olduğu üçün onun istifadəsi ilə bağlı bütün qərarlar birbaşa federasiya tərəfindən qəbul edilir".