
"İmişli" meydançasız qalıb
- 11:00
- 84
"İmişli"nin Sumqayıtdakı "Socar Polimer Arena"da məşq etməsi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, by proses də uzun çəkməyib.
Belə ki, dünən aranlılar Sumqayıtda sonuncu dəfə məşq keçib. Buna səbəb "Sumqayıt"ın bu gün Qəbələ toplanışını başa vurub doğma şəhərə geri dönməsidir. Bir günlük fasilədən sonra "Sumqayıt" sözügedən arenada məşqlərini bərpa edəcək. Bir meydançada iki komandanın məşqi isə hədsiz yüklənməyə səbəb olduğu üçün "İmişli" məşq üçün özünə yeni meydança tapmalı olacaq. Hansı ki, hazırda Bakıda boş meydança demək olar ki, yoxdur.