İlqar Nadiri futbola qayıdır: yarım milyon büdcə, hədəf Premyer Liqa
- 18:20
- 16
"Kəpəz"in sabiq prezidenti İlqar Nadiri yenidən böyük futbola qayıdır.
Rekord.az xəbər verir ki, o, I Liqada mübarizə aparacaq "Gəncəbasar" komandasına rəhbərlik edəcək.
Klub üçün yarım milyon büdcə nəzərdə tutulub. 250 minini dövlət verəcəK. bir o qədərini də Nadiri cibindən qarşılayacaq.
Qeyd edək ki, "Gəncəbasar" "Cəbrayıl"ın sələfi sayılır. Çünki "Cəbrayıl"ın təsisçiləri Nadiriyə satıblar və o da komandanın adını dəyişib "Gəncəbasar" edib.