
“İlk hissənin son dəqiqələrində dözə bilsəydik…”
- 01:17
- 79
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub. Rekord.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dqiqələrdən pressinq etdilər. Briinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə biləsydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".
- Mahir Emrelinin oyununu necə qiymətləndirərdiniz?
- Mahir mənim fikrimcə, son vaxtların ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibin təzyiqi ilə bağlı idi – imkan vermirdilər. Tək qaldığı üçün çətinlik çəkirdi. Amma pis təsir bağışlamadı. Ona da dəstək olmalıyıq. Gələn oyunda rotasiya da mümkündür. Mahir maksimum səviyyədə kömək etməyə çalışdı.
- Bu məğlubiyyət komandanın psixoloji durumuna təsir edəcək?
- Fiziki baxımdan çətinlik olacaq, amma heyətimiz genişdir. Qarşıdakı iki gün bərpa üçün vaxtımız var. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa müddətdə oyuna uyğunlaşmaq vacibdir. İkinci qolda standart vəziyyətdə daha diqqətli ola bilərdik. Əgər diqqətli olsaydıq, hesab bu qədər böyük olmazdı. Bu səhvlərdən nəticə çıxaracağıq.
- 45+1-ci dəqiqədə buraxılan qolu necə dəyərləndirirsiniz?
- O qolu, məncə, yalnız Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və sürəti ilə uzaq küncə dəqiq zərbə endirdi. Futbolçularım maksimum çalışdılar ki, qarşısını alsınlar, amma belə oyunçulara qarşı oynamaq çətindir. Ola bilərdi ki, fasiləyə 0:0 getsəydik, ikinci hissə daha çətin keçərdi. Komanda inanırdı ki, mübarizə apara bilərik, bu da bizim üçün vacib idi.
- Mahirin meydanda qalması məcburiyyətdən idi?
Fikrimcə, ilk əvəzetməni bir qədər gec edə bilərdik. Rüstəm Əhmədzadə əvəzetmə istədi, eyni anda iki oyunçu dəyişikliyi etməyi məqsədəuyğun saymadıq. Toral Bayramov çoxmövqeli futbolçudur, amma istədiyimiz dəqiqəni saxlaya bilmədik. Standart vəziyyətlərdə çətinlik yaşadığımızı hiss edirdim və həmin dəqiqələrdə qol buraxdıq. Rəqibin hücumlarına hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.
- Oyunun ən yaxşılarından biri Abdulah Xaybulayev idi..
- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır.
- Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?
- Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. A Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.
QEYD: Səfər "Misli"nin maliyyə dəstəyilə baş tutur