Türkiyə 1-ci Liqasında sonuncu turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Super Liqaya vəsiqə uğrunda mübarizə aparan "Amedspor" səfərdə "İğdır"ın qonağı olub.


"İğdır" Şəhər Stadionunda baş tutan və altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.