“İli yaxşı nəticə ilə başa vurmaq istəyirik”
- 20 Dek 2025 23:18
- 27
Azərbaycan Basketbol Liqasının 10-cu turunda "Şəki" ilə səfər oyunundan sonra "Gəncə"nin baş məşqçisi Halil Atlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
Rekord.az xəbər verir ki, o, 78:73 hesablı qələbə barədə bunları söyləyib:
"Hər şeydən öncə komandamı təbrik edirəm, bu gün müdhiş mübarizə ortaya qoyduq. Hamını bir-bir təbrik edirəm. Ceykob Uayli xəstə olaraq oynadı. Ona xüsusi minnətdaram. Çox mübarizə apardı. "Şəki" həm evdə, həm səfərdə çox mübarizə aparan komandadır. İlk matçda öz səhvlərimizdən, konsentrasiyasız oynamağımızdan dolayı istəmədiyimiz halda məğlub olmuşduq. Bu oyun daha çox mübarizə apardığımızı düşünürəm. Ona görə bir daha kollektivə minnətdarlığımı bildirirəm. Qarşıda "Sabah" ilə təxirə salınan görüşümüz var. İki gün sonra meydana çıxacağıq. Üst-üstə səfərlərdəyik. Hardasa Avropa Kuboklarında çıxış edən klublardan daha sıx təqvimdə oynayırıq. Bu, bizi çox çətin vəziyyətə salır. Amma Bakıda da ən yaxşı şəkildə mübarizə aparıb ili yaxşı nəticə ilə başa vurmaq istəyirik".