“İkinci hissədə biz daha üstün idik” - Saşa İliç
- 25 Okt 2025 21:36
- 45
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:
"Zirə" çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı”.