AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.


“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.


“Sabah-2” – “Neftçi-2” oyununun 70-ci dəqiqəsində “Sabah-2” komandasının 71 nömrəli futbolçusu Əli Əlizadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Sabah-2” komandası 800 manat cərimə edilib.


“Sabah-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah-2” komandası 250 manat cərimə edilib.


“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.


“Sabah-2” – “Neftçi-2” oyununun 70-ci dəqiqəsində “Neftçi-2” komandasının 36 nömrəli futbolçusu Həsən Mahmudov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Neftçi-2” komandası 800 manat cərimə edilib.


“Sabah-2” – “Neftçi-2” oyununun 90+3-cü dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.