
İcra başçısı bölgə klubuna bu cür dəstək olur
- 13:00
- 91
Son turda "Ağdaş"la 0:0 oynayaraq II Liqada ilk xalını qazanan "Ağstafa Gəncləri" hələ də sponsor axtarışındadır.
Rekord.az xəbər verir ki, istər rayonda olan, istərsə də ondan kənarda biznesi olan ağstafalılar hələ ki, komandaya maddi dəstək göstərmir.
Bəs rayon rəhbərliyi hansı dəstəyi göstərir? "Ağstafa Gəncləri"nin təsisçisi və prezidenti Şahin Kərimovun saytımıza açıqlamasında suala belə cavab verdi: "Düzdür, pul baxımından kömək edə bilmirlər. Amma stadionda hər hansı problem çıxanda onun həllinə kömək edirlər. Məsələn hansısa təmir işlərinə ehtiyac yaranarsa onu edirlər, hansısa duş, kran xarab olarsa, onu dəyişirlər. Maddi baxımdan isə sırf AFFA-nın ayırdığı vəsaitin hesabına ayaqda qalmağa çalışırıq".