Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək.


Rekord.az xəbər verir ki, 19 yaşlı cinah hücumçusu İtaliyanın "Milan" klubundan "Alkmar"a transfer olunub. Bu barədə klub məlumat yayıb.


Bu keçidlə Maksimilian yenidən Niderlanda qayıdır. O, ötən mövsüm "Ayaks"ın ikinci komandasında icarə əsasında çıxış edib. Lakin zədələr səbəbindən cəmi 4 oyunda meydana çıxa bilmişdi.


"Alkmarın" açıqlamasında bildirilib ki, futbolçu əvvəlcə yüngül zədəsini tam sağaldacaq, daha sonra isə "Yonq AZ"ın heyətinə qoşulacaq.