Futbol üzrə İtaliya A Seriyasının 8-ci turu çərçivəsində “Napoli”yə qarşı səfər oyunu “Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, isveçli forvard A Seriyasının ilk 8 matçında ardıcıl qol vuran ilk futbolçuya çevrilib.

İbrahimoviç "Milan" tarixində buna nail olan ilk futbolçu olub. Dubla imza atan futbolçunun komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

İbrahimoviç A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir. O, meydana çıxdığı 6 oyunda 9 qola imza atıb. “Milan” da 8 oyuna topladığı 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.