Hüseynzadə ÇL matçına təyinat aldı
- 13:40
- 29
AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə ilk beynəlxalq təyinatını alıb.
Bu barədə Rekord.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan" – "Benfika" görüşünün qalibi ilə üz-üzə gələcək.