Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Lokomotiv”inin qonağı olub.


Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.


Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 


“Arda” hazırda 45 xalla 7-ci pillədə qərarlaşıb.