Bolqarıstan çempionatında 34-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Botev”inin qonağı olub.


Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 2:1.


Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 61-ci və 70-ci dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb. 


“Arda” hazırda 48 xalla 7-ci pillədə qərarlaşıb.