
“Hücum futbolu sərgiləmək və mərhələ adlamaq istəyirik” - Dambrauskas
- 12 Avq 2025 19:00
- 53
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, litvalı mütəxəssis bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
"Ağır oyundan sonra bütün futbolçular hazırdırlar. Hamısı sağlamdır. İstədiyimiz "11-liy"i meydanda görə biləcəyik".
O, sabah qələbə qazanmağa çalışacaqlarını söyləyib:
"İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək. Amma çətin olacaq. Rəqib asan qol buraxmır. Risk alacağıq. Hücum futbolu sərgiləmək və növbəti raunda yüksəlmək niyyətindəyik. Bizi ağır qarşılama gözləyir. Bolqarıstanda da bunu gördük. Sabah bizi heç-heçə qane etmir. Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"
"Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.