
Heydər Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilir
- 13:30
- 37
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə futbol üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə gənclər arasında rayon turnirinin qrup mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, rayonun 8 yaşayış məntəqəsindən 8 komandanın iştirakı ilə keçirilən turnirin qrup mərhələsinin son turu aşağıdakı kimi başa çatıb:
“Çalov” – “Cəmcəmli” 3:0
“Yeni Massiv” – “Sündü” 3:1
“Nərimankənd” – “Yekəxana” 3:1
“Qobustan” – “Ərəbşahverdi” 0:2
Beləliklə, “Çalov” və“Ərəbşahverdi” komandaları qrup liderləri kimi, “Qobustan” və “Nərimankənd” komandaları isə qrupda 2-ci yeri tutduqlarına görə turnirin final mərhələsinə vəsiqə qazanıblar. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən turnirə may ayının 10-da yekun vurulacaq.