"Neftçi” bir neçə gün əvvəl Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

O, "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb. Hacıyev gələn mövsümün sonunadək "Keşlə”yə icarəyə verilib.

Rəhman bu keçiddən pul itirməyib. Əvvəlki maalşının 10 minini "Keşlə”dən alacaq. Qalan məbləği isə məxsus olduğu klub ödəyəcək. (sportinfo.az)