“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 33-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 3:1 hesablı qələbə barədə bunları söyləyib:


“Futbolçuları qələbə münasibəti ilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Özünəinam baxımından son oyunlar bizə kömək olmalıdır. Amma pley-off matçından qabaq heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq”.