“Hakimin əleyhimizə verdiyi qərar mənə də müəmmalı gəldi” – Dambrauskas
- 18:40
- 44
“Sabah” Misli Premyer Liqasının 9-cu turunda bu gün “Araz-Naxçıvan”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub.
Litvalı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Çətin oyun oldu. Düşünürəm ki, ilk hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə çox fürsətlər vermədik.
İkinci hissənin əvvəli çox da xoşuma gəlmədi. Sanki yuxuladıq. Rəqib daha çox təzyiq edirdi. Biz qol vurduq, daha sonra rəqib fərqləndi. Oyun daha da açıldı.
Oyunun sonunda hakimin bizim əleyhimizə verdiyi qərar mənə də müəmmalı gəldi. Hakimlər Komitəsinin sədri bu qərarı necə dəyərləndirəcək, bilmirəm. Amma son saniyələrdə verilən bu cərimə zərbəsi bizə çox böyük zərər verdi”.