Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Hacı Zeynəlabdin qəsəbəsində Gənclər və idman Nazirliyi tərəfindən yeni inşa olunmuş “Sağlam məhəllə” idman zonasında, “İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol idman növü üzrə uşaqlar arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə qəsəbənin 2013-2015-ci il təvəllüdlü uşaqlardan ibarət 5 komandası qalib adı uğrunda mübarizə aparıb.

Yekun nəticəyə görə “Çempion”, “Qızıl Kubok”, “Cüdo” komandaları müvafq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.

Yarışın qalib və mükafatçıları Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.