
Gürcüstan millisinin üzvü “Udineze”də
- 14:20
- 36
Gürcüstan millisinin mərkəz müdafiəçisi Saba Qoqliçidze İtaliyada iş yerini dəyişib.
Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu “Empoli”dən “Udineze”yə keçib.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Keçid “Udineze”yə 4 milyon avroya başa gəlib.
Qoqliçidze Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun yetirməsidir. O, 2024-cü ilin yanvar ayında İtaliya A Seriyasına transfer olunmuşdu. Müdafiəçi Gürcüstan millisində 3 oyun keçirib.