21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.


Rekord.az xəbər verir ki, B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.


Komandamız daha öncə Portuqaliyaya da 0:5 hesabıyla uduzmuşdu. Bolqarıstanla ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.