"Kəpəz" veteranları yenidən bir araya gəlib.

Rekord.az xəbər verir ki, onları narazı salan əsas məqam klubun hazırkı durumudur.

Rəhbərliyin idarəçilik sistemi, akademiyada mövcud problemlər müzakirələrin əsas mövzusu olub. Firuz Qulami və Vidadi Rzayev çıxış edərək fikirlərini bildirib. Veteranlar israrla klub rəhbərliyinin istefasını tələb edib. Veteranların "Kəpəz"in rəhbəri postuna öz namizədləri də var. Onlar veteran futbolçu Tofiq Məmmədovu "Kəpəz"in rəhbəri kimi görmək istəyir.