İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.


Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.


Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.