Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, günün ilk matçında "Gəncə" "Sabah"ı qəbul edib.


Gəncə İdman Sarayında reallaşan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.


Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.


Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.