“Gəncə” NTD-yə qalib gəldi
- 16:20
- 31
Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, NTD "Gəncə"nin qonağı olub.
Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 104:85.
"Gəncə" A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.
Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.