Son mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən "Karvan" baş məşqçi Füzuli Məmmədovla yola davam etməyib 

Rekord.az-a daxil olan məlumata görə, Füzuli Məmmədovun postunda qalacağı gözlənilsə də, bu, baş verməyib.

Əslində klub rəhbərliyi Məmmədovun qalmasını istəyib. Lakin hədəflər üst-üstə düşməyib. Məmmədov iddialı komanda formalaşdırmağı və yenidən Premyer Liqaya dönməyi hədəfləsə də, "Karvan" rəhbərliyi bunda o qədər də maraqlı olmayıb. Yəni, komanda olsun, Premyer Liqaya çıxmasa da olar. Bu isə Məmmədovun ambisiyaları ilə uzlaşmayıb və tərəflər ayrılmağa qərar verib.