“Futbolçularımdan razı qaldım” - Qurbanov
- 20:39
- 35
Misli Premyer Liqasının 32-ci turunun “Qarabağ” - “İmişli” oyunundan (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək baxımından vacib qalibiyyət əldə etdik. Qarşımızda yaxşı müdafiə olunan və çox sürətli əks-hücumlara keçən kollektiv var idi. Hesab 3:0 olsa da, oyun heç də asan keçmədi. Futbolçularımdan razı qaldım, intizamlı çıxış etməyə çalışdılar. Həm təcrübə, həm də düşünülmüş hücumlar yaxşı qalibiyyət əldə etməyimizə gətirib çıxardı. Bu, mövsüm ərzində son ev oyunumuz idi. Hər dəfə matçlarımıza gələn, bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm”.