Android əməliyyat sistemi azarkeşlərin evdə oturaraq özlərini tribunada hiss etməsini təmin edən robot təqdim edib.  

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, "UNOvr" adlı robot stadionda kamera vasitəsi ilə 360º və 8K keyfiyyətli görüntü yayımlayır. Azarkeşlər oyunu istədikləri yerdən virtual reallıq eynəkləri ilə izləyə bilər.

Argentinanın "Estudiantes de La Plata" artıq “robot azarkeş”i öz azarkeşlərinə təqdim edib. 

Futbol izləmək üçün bilet alan və ya illik abunəsi olan azarkeşlər oyuna geciksə və ya digər səbəbdən gələ bilməsə, robot vasitəsi ilə özlərini tribunadakı kimi hiss edə bilər.