Freddi Varqas daha 2+1 il “Neftçi”də!
- 16:33
- 15
Freddi Varqas artıq rəsmən “Neftçi” PFK-nın üzvüdür.
Rekord.az kluba istinadən xəbər verir ki, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində “Neftçi”nin formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.