"Strasburq"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


Fransa təmsilçisini Hüqo Oliveyra çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.


Oliveyranın son iş yeri Portuqaliyanın "Famalikan" klubu olub. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci pillədə başa vuraraq tarixinin ən yaxşı nəticəsinə imza atıb.